Gələn ildən Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi üçün işlərə başlamaq nəzərdə tutulur.
Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, qrammatika müasir elmi tələblər səviyyəsində qurulmalıdır: “Üç cilddə olan Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1980-ci illərdə nəşr edilib. Həmin dövrdən sonra elmi səviyyə yüksəlib, elmi tələblər artıb. Ona görə də düşünürəm ki, Azərbaycan dilinin elmi qrammatikası yenidən işlənib hazırlanmalıdır”.
Tehsil-press.az