Almaniya türk əsilli deputatlara Türkiyəyə getməməyi məsləhət gördü

Almaniya türk əsilli deputatlara Türkiyəyə getməməyi məsləhət gördü AFR Xarici İşlər Nazirliyi Bundestaqın türk əsilli deputatlarına yaxın zamanlarda Türkiyəyə getməməyi tövsiyə edib.

Tehsil-press.az bildirir ki. Bu məlumatı «Spiegel Online» verib. Nəşrin yazdığına görə, deputatlara onların təhlükəsizliyinə zəmanət olmadığına görə Türkiyəyə səfər etməmək məsləhət olunub.
Bundan əlavə, bildirilir ki, əslən Türkiyədən olan deputatların çoxu artıq vətənlərində keçirməli olduqları tətillərini təxirə salıblar. Hətta onlardan biri Türkiyədə bağ evində yaşayan valideynlərindən başqa bir ölkəyə getməyi xahiş edib.
Xatırladaq ki, Bundestaq «erməni soyqırımı»nı tanıyan qətnaməyə səs verdikdən sonra türk əsilli deputatların da bu qərarın lehinə çıxış etmələri birmənalı qarşılanmayıb.


Tehsil-press.az

Oxşar xəbərlər