Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib.
Tehsil-press.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat ki, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.
Son bir neçə il ərzində nazirliyin "Marketinq strategiyası" əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay Əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca Əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin 2015-ci ilin noyabr ayından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi turist axınının artmasına səbəb kimi göstərilir.
Tehsil-press.az