Bu fikirlər Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyana məxsusdur.
O iddia edib ki, həmin böyük güclər Qarabağa şahmat taxtası kimi baxırdılar. Ayvazyan hesab edir ki, Ermənistan heç bir halda son məğlubiyyətə məhkum deyil. “Böyük güclərin oyunları, imperiya təfəkkürü və strateji sinizm mühitində belə, hələ də müdrik və məqsədyönlü seçim imkanı var”.
Keçmiş nazir təklif edib ki, Ermənistan alternativ xarici siyasətin aydın və sistemli formalaşdırılması, bütün daxili və milli potensialın cəmləşdirilməsi ilə milli maraqlardan irəli gələn hesablanmış strategiyası olmalıdır. “Dəyişən dünya nizamı gec-tez imkan pəncərəsi yaradacaq və yalnız adekvat hazırlıq bu pəncərənin başqaları üçün deyil, Ermənistanın özü üçün açılmasını təmin edə bilər”.
Tehsil-press.az