Bakalavriat səviyyəsində 7 ixtisas - “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)” ixtisaslarının məzunları ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər.
“Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə məzunlar filoloji istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər.
Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.
Tehsil-press.az