Binali Yıldırım Rusiya ilə münasibətlərin düzəlməsində Azərbaycanın rolundan danışıb.
Türkiyənin baş naziri Binali Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Tehsil-press.az-ın məlumatına görə, o, Azərbaycanın dövlət başçısına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında etdiyi köməyə görə minnətdarlığını bildirib.
Yıldırım İlham Əliyevlə yanaşı Qazaxıstan lideri Nursultan Nazarbayeva da verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb.
“Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq. Rusiya ilə münasibətlərdə önəmli addımlar atılıb. Bir müddətdir davam edən təmaslar nəticə verir. Vəziyyətin bu yerə gəlməsində bir xeyli əmək var. Özəlliklə qardaşlarımız olan Azərbaycan və Qazaxıstana, region ölkələrinin liderlərinə səyləri üçün təşəkkürlərimizi çatdırırıq".
Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Bakıya səfər edən Türkiyənin o zamankı baş naziri Əhməd Davudoğlu ilə görüşən prezident İlham Əliyev iki dövlət arasında vasitəçi ola biləcəyini açıqlamışdı. Rusiya və Türkiyə İlham Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirmişdi.
baş naziri Binali Yıldırım da yeni vəzifəsinə təyin edildikdən sonra ilk səfərini Azərbaycana etmişdi. İlham Əliyev onunla görüş zamanı Azərbaycana bütün sahələrdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mart ayında “Hesabat” verilişində Mir Şahinin qonağı olarkən Azərbaycanın müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı Rusiyanın münasibətlərindən danışıb: “Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın. Biz çalışırıq ki, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan münasibətlər aradan qıldırılsın. Biz çalışırıq ki, hər iki dövləğt ortaq maraqları tapıb, keçmişə deyil, gələcəyə münasibətlərini qursun”.
Tehsil-press.az