Milli Nüvə Tədqiqatları Mərkəzinin sədrinin adı açıqlanıb.
“Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib. Tehsil-press.az-ın məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncamda “Mahmud Kərimov” sözləri “Akif Əlizadə” sözləri ilə əvəz edilib. Bundan başqa "Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri “İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə, Fuad İsmayılov Qalib İsrafilov, Siyavuş Azakov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi sözü Vüqar Hüseynov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini ilə əvəzlənib. Bundan əlavə sərəncamda deyilir:
“Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin.
“Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözlərindən sonra “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” və “Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri” sözləri, “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri əlavə edilsin". Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərmək tapşırılıb.
Tehsil-press.az