Dövlət İmtahan Mərkəzinin ilk iclası keçiriləcək

Dövlət İmtahan Mərkəzinin ilk iclası keçiriləcək Dövlət İmtahan Mərkəzinin ilk iclası keçiriləcək

Sabah Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçiriləcək.

Bu barədə tehsil-press.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Direktorlar Şurasının ictimai əsaslarla fəaliyyət göstərəcək üzvləri isə aşağıdakı tərkibdə təsdiq olunub:
-  Kamil Aydazadə - Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor,
-  Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini,
-  Niyazi Hacıyev - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant,
-  Fariz İsmayılzadə - ADA Universitetinin prorektoru. 

tehsil-press.az


Oxşar xəbərlər