Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il ümumi orta təhsil bazası üzrə keçirdiyi buraxılış imtahanlarında “üç” qiyməti alan şagirdlərin sayı üstünlük təşkil edib.
Komissiyadan Tehsil-press.az bildirilib ki, bu il imtahan verən 104 476 nəfər IX sinif şagirdinin 20,06 faizi Ana dili fənnindən, 25,31 faizi Riyaziyyatdan “iki” qiyməti alıb.
İmtahanda iştirak edən 9-cu sinif şagirdlərinin 45,98 faizi Ana dili fənnindən, 37,99 faizi Riyaziyyatdan “üç” qiyməti alıb.
Məzunların 20,83 faizi Ana dili fənnindən, 18,58 faizi Riyaziyyatdan “dörd”, 13,13 faizi Ana dili fənnindən, 18,13 faizi Riyaziyyatdan “beş” qiyməti alıb.
Ümumilikdə 104 257 şagird Ana dili, 104 476 şagird Riyaziyyatdan imtahan verib.
Qeyd edək ki, tədrisi ingilis dilində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.
Tehsil-press.az