Bu il qəbul imtahanında minimum 200 bal yığmaq lazımdır

Bu il qəbul imtahanında minimum 200 bal yığmaq lazımdır "Azərbaycanda 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək üçün minimal bal həddi 200 nəzərdə tutulub".

Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Sədrin sözlərinə görə, qeyd olunan keçid balı müsabiqədə iştirak etmək üçündür: "Bəzi ixtisasların keçid balı daha yüksək olacaq. Dövlət sifarişli yerlərə isə keçid balı 300-350 baldan yuxarı ola bilər, bu təbiidir".


Tehsil-press.az

Oxşar xəbərlər