Texniki səbəblərdən yubanan Moskva-Bakı reysinin sərnişinləri başqa təyyarə ilə uçacaqlar

Texniki səbəblərdən yubanan Moskva-Bakı reysinin sərnişinləri başqa təyyarə ilə uçacaqlar "Azərbaycan Hava Yolları"nın yerli vaxtla saat 02:30-da Bakıda enməli olan J2 8853 Moskva-Bakı reysi texniki səbəblər üzündən Moskvadan uçmayıb.
Bu barədə Tehsil-press.az-a "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Həmin reysin sərnişinləri Boeing 787 Dreamliner təyyarəsinə yerləşdirliblər. Təyyarə Bakı vaxtı ilə təxminən saat 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.


Tehsil-press.az

Oxşar xəbərlər