Azərbaycanda bu taksi şirkəti ləğv edilir

Azərbaycanda bu taksi şirkəti ləğv edilir "TESLATAXI" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.

Bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər.

Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Allahverdiyev Asim Akif oğludur.

Tehsil-press.az

Oxşar xəbərlər