Azərbaycan və Belarus arasında siyasi dialoq yüksək səviyyəyə çatıb. Tehsil-press.az-ın məlumatına görə, bunu iyulun 5-də Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Bakıda Belarusun milli bayramı - Müstəqillik Günü ilə bağlı keçirilən qəbulda bildirib.
Baş nazirin müavini Azərbaycan hökuməti adından Müstəqillik Günü münasibətilə Belarus rəhbərliyini və xalqını səmimi qəlbdən təbrik edib: "Belarus və Azərbaycan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə etmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər şəffafdır, qarşılıqlı hörmətə əsaslanır, obyektivlik, etibarlılıq və qardaşlıq üzərində qurulur. Xüsusilə qeyd etmək istəyirəm ki, bunun əsasını iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətləri qoyub".
O bildirib ki, Belarus həmişə Azərbaycanı dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz ədalətli mövqeyini həmişə bildirib: "Biz bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Biz həmişə çətin anlarda bir-birimizə əl uzadırıq və dəstək veririk. Belarus və onun Prezidenti apreldə Dağlıq Qarabağ ətrafında cəbhə xəttindəki toqquşmalar zamanı öz narahatlığını bildirdi və Azərbaycana dəstəyini göstərdi".
Y.Eyyubov ticari-iqtisadi münasibətlər sahəsində iki ölkənin yaxşı göstəricilərini qeyd edib: "Əmtəə dövriyyəsi 2014-cü illə müqayisədə 2015-ci il ərzində 30 faizdən çox artıb. Azərbaycan və Belarus arasında ticari-iqtisadi münasibətlərdə 250-dən çox müəssisə və şirkət iştirak edir. Əmtəə mübadiləsi 300-dən çox adda məhsul üzrə aparılır. Biz iqtisadi münasibətləri inkişaf etdirməyə və yaxşılaşdırmağa davam etdirəcəyik".
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç isə ölkəsinin Azərbaycanla münasibətləri yüksək qiymətləndirdiyini və bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib: “Bu münasibətlər qarşılıqlı anlaşma və hörmətə əsaslanır”.
Tehsil-press.az