Mayın 4-də Polşa Respublikasının Azərbaycandakı səfirliyi milli bayram – Konstitusiya Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tehsil-press.az xəbər verir ki, tədbirin əvvəlində hər iki ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Marek Tsalka bildirib ki, 1791-ci il 3 may tarixli Polşa Konstitusiyası Avropada ilk və dünyada ikinci Əsas Qanun hesab olunur. Müasir Polşada mayın 3-ü milli bayram kimi qeyd edilir.
M.Tsalka deyib: “Fəxr edirik ki, artıq 20 ildən çoxdur Polşa ilə Azərbaycan arasında diplomatik münasibətlər var. Ümid edirik ki, gələcəkdə bu əlaqələr inkişaf edəcək, xalqlarımız arasında dostluq daha dərin olacaq”. Səfir ölkəsinin inkişafından danışıb, Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz bir çox sahələrdə qarşılıqlı münasibətlərin inkişafında inamla irəliləyirlər.
Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Polşa xalqını milli bayramı - Konstitusiya Günü münasibətilə təbrik edib, ona sülh, xoşbəxtlik və firavanlıq diləyib. M.Pənahov qeyd edib ki, iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri artan əlaqələrin inkişafına yardımçı olub. Ötən vaxt ərzində Polşa ilə Azərbaycan arasında bir sıra ikitərəfli sənədlər imzalanıb, ölkələrimiz arasında ticarət dövriyyəsi 97 milyon dollara çatıb. Polşa Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
M.Pənahov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Qəbulda Azərbaycanın rəsmi şəxsləri, hökumət üzvləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tehsil-press.az