Rusiya və Belarus Şərqi Avropa regionundakı birləşmiş hava hücumundan müdafiə sisteminin formalaşdırılmasını tam şəkildə başa çatdırıblar. Tehsil-press.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanının birinci müavini Pavel Kuraçenko bildirib.
O deyib ki, iki ölkə arasında imzalanan sazişin həyata keçirilməsi başa çatıb: "Bundan sonra əsas səylər havadan müdafiə sahəsində birgə hərbi növbəliliyin aparılmasından, operativ və döyüş hazırlığı üzrə birgə praktiki səylərdən ibarət olacaq".
P.Kuraçenko xatırladıb ki, Rusiya-Belarus İttifaq Dövlətinin hava məkanında sərhədlərin birgə mühafizəsinin aparılması və birləşmiş regional sistemin yaradılması haqqında saziş 2009-cu ildə imzalanıb.
tehsil-press.az