Hillari Klinton potensial vitse-prezidentin adını çəkdi

Hillari Klinton potensial vitse-prezidentin adını çəkdi Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton vitse-prezident postuna namizəd qismində NATO-nun Avropadakı qüvvələrinin sabiq ali baş komandanı, admiral Ceyms Stavridisi görür.

Bu barədə Tehsil-press.az "Reuters" agentliyinə istinadən məlumat verir. Hazırda 61 yaşlı C.Stavridis Massaçusets ştatındakı Tafts Universiteti yanında Fletçer Diplomatiya və Hüquq Məktəbinin dekanıdır.
Onun Demokratik Partiyadan vitse-prezidentliyə namizədliyinin partiya tərəfindən iyulun 25-28-də Filadelfiyada keçiriləcək qurultay ərəfəsində elan olunacağı gözlənilir.
Admiral "ağıllı güc"ün tətbiqinin tərəfdarı kimi tanınır. O, təhlülkəsizlik sahəsində beynəlxalq və dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verir.


Tehsil-press.az

Oxşar xəbərlər