ABŞ prezidentliyinə Demokratlar Partiyasının namizədi Hillari Klinton kütlə qarşısına Massaçusets ştatından senator Elizabet Uorrenlə birgə çıxıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Uorren Hillari Klintonun seçkilərdə qalib gələcəyi təqdirdə vitse-prezident postuna ən mümkün namizəd ola bilər.
Uoreen Ohayo ştatının Tsintsinnati şəhərində Klintonu dəstəkləyib, onun Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampın əleyhinə çıxış edib.
Bu, Demokratlar Partiyasının qadın təmsilçilərinin kütlə qarşısında ilk birgə çıxışı olub. Qəribədir ki, hər iki qadın eyni rəngdə geyiniblər. Ekspertlər iddia edirlər ki, Uorren Hillari Klintonun qələbə qazanacağı təqdirdə vitse-prezidentliyə ən real namizəd olacaq.
Tehsil-press.az