7:34 / Sənədi tapılanın ad və soyadı hələlik açıqlanmayıb
Nitsa polisi yük maşını ilə terror aktı törətmiş şəxsə məxsus sənədləri aşkarlayıb. Tehsil-press.az-ın “France Press”ə istinadən verdiyi məlumata görə, sənəddə onun 31 yaşlı ikili vətəndaşlığı olan şəxs olduğu qeyd olunub. Terrorçunun Fransa və Tunisin vətəndaşı olması bildirilib. Onun ad və soyadı isə hələlik açıqlanmır. Tapılan sənədlərin sürücüyə yaxud digər şəxslərə məxsus olması da araşdırılır.
Nitsada terror qurbanları
5:20 / Ölənlərin sayı 80-ə çatdı
Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Tehsil-press.az-ın yerli Fransa mətbuatına istinadən verdiyi məlumata görə, onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub.
Nitsa şəhərinin keçmiş meri, bölgə rəhbəri Kristian Estrozi bildirib ki, yük avtomobilindən silah-sursat aşkarlanıb.
Şəhərin prokuroru Jan-Mişel Pretr isə "BFM TV" telekanalına müsahibəsinbə bildirib ki, hadisə hələlik terror aktı kimi qiymətləndirilmir. Bununla belə prokuror bir çox detalların hadisənin terror aktı olması versiyası üzərində dayanmağa əsas verdiyini deyib.
Təşviş içində qaçan sakinlərYük maşını
4:56 / Yük maşınından çoxlu miqdarda partlayıcı tapılıb
Nitsa şəhərində baş verən hadisənin video görüntüsü aşkar edilib. Tehsil-press.az-ın məlumatına görə, elektron resursda insanların təşvişlə hadisə yerindən necə uzaqlaşmaları əks olunub.
Əsəbi zəif olanlara videoya baxmaq tövsiyə olunmur.
Fransa polisi terrorçunu zərərsizləşdirdiyini bildirib. Bundan sonra maşına baxış keçirən jandarm əməkdaşları, yük yerindən külli miqdarda partlayıcı maddə və silahlar aşkar edib.
3:53 / Prezident müşavirəyə qatıldı
Fransa prezidenti Fransua Olland Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı DİN-də keçirilən təcili müşavirəyə gedib.
Tehsil-press.az-ın "BFM TV" telekanalına istinadən verdiyi məlumata görə, Parisə qayıdan ölkə başçısı dərhal Daxili İşlər Nazirliyinin binasına gəlib və fövqəladə toplantıya qatılıb.
Ondan əvvəl isə Bovo meydanına Fransanın baş naziri Manuel Vals gəlib və dərhal İdarələrarası Böhran Qərargahının yaradılması haqqında sərəncam verib.
Öz növbəsində Bovo sarayının sahibi - daxili işlər naziri Bernar Kaznev Parisi tərk edib və bu dəqiqələrdə Nitsa şəhərində yola düşüb. Yaxın saatlarda o, hadisə yerində şəhər hakimiyyəti ilə müşavirə keçirəcək.
3:13 / Bütün yaralılar xəstəxanaya yerləşdirilib
Nitsa şəhərində baş vermiş terror aktında ölən və yaralıların sayı açıqlanıb. Tehsil-press.az-ın "Fox News"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 73 nəfər həlak olub, 100 nəfərdən çox insan yaralanıb. Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.
ABŞ prezidentliyinə namizəd Donald Tramp öz Tvitter səhifəsində hadisədən xəbərdar olduğunu, bundan nəticə çıxarmaq gərəkdiyini bildirib.
1:48 / Bayramı qeyd edən sakinlər hücuma məruz qaldılar
Fransanın Nitsa şəhərində terror aktı baş verib. Atəşfəşanlığı izləyən kütlənin üstünə hərəkət edən yük maşını insanların üstündən keçib. Ardınca avtbusdakılar kütləyə silahlı hücum edib.
Tehsil-press.az-ın Fransa KİV-lərinə istinadən verdiyi məlumata görə, Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib. Nəticədə 50 nəfərdən çox insanın xəsarət aldığı bildirilib.
Hadisə yerinə çatmış polislə silahlılar arasında atışma da yaşanıb. "France Press"in dediyinə görə, şəhər meriyası Nitsa sakinlərindən evlərindən bayra çıxmamağı tələb edib.
Tehsil-press.az