Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Tehsil-press.az

Oxşar xəbərlər