Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Professor Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və böyük xilaskarlıq missiyası barədə məlumat verib.
Biologiya elmlər doktoru, professor Şakir Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışıb. Professor qeyd edib ki, Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.
Tehsil-press.az






