Ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb

Ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb Azərbaycanda ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb.

Tehsil-press.az-ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, Azərbaycanda turoperator və səyahət agentlikləri tərəfindən ötən il qrup halında səfərlər üçün 3 739 turizm yollayışı satılıb. Bu rəqəm 2012 (7134) və 2013-cü illə (5980) müqayisədə az olsa da, 2014-cü ilə (3066) nisbətən çoxdur.
2014-cü ildə ölkə daxilində qrup halında səyahət etmək üçün Azərbaycan vətəndaşlarına 894, 2015-ci ildə isə 1847 turizm yollayışı satılıb.
Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılan turizm yollayışlarının sayı azalıb. Belə ki, 2014-cü ildə bu məqsədlə 1968, 2015-ci ildə isə 1738 turizm yollayışı satılıb.


Tehsil-press.az

Oxşar xəbərlər