Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri müəyyən edilib.
Bu barədə tehsil-press.az saytına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Onun sözlərinə görə, qurum əməkdaşları Qaxın kəndlərində araşdırmalar aparıblar. “Aparılan araşdırmalar zamanı yalınız Fındıqlı kəndində Valeh Qurbanova məxsus təsərrüfatda bir neçə baş xırdabuynuzlu heyvanın tələf olması müəyyən edilib. Qax rayonunun digər kənd və qəsəbələrində isə heyvanlar arasında heç bir narahatçılıq qeydə alınmayıb və epizootik vəziyyət sabitdir”, - deyə Y.Xanvəli qeyd edib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, baytarlıq mütəxəssisləri tələfat qeydə alınan təsərrüfatda heyvanlarda patoloji yarma aparıb və həmin heyvanların iti fassilyozdan tələf olmasını müəyyən ediblər. Həmçinin heyvanlardan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunub və heyvanların iti fassilyoz (qurd) xəstəliyindən tələf olması öz təsdiqini tapıb.
Tələf olmuş heyvanlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alınan həyətdə baytarlıq-sanitariya qaydalarına uyğun dezinfeksiya işləri aparılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Tehsil-press.az