Son zamanlar kəndlərdə canavarların hücumu artıb. Yırtıcılar bəzi heyvanları öldürür, bəzilərini isə yaralayır. Ötən gün Zaqatalanın Qandax kənd sakini Akif Əsgərovun həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-nu da ağır yaralayıb. Paytaxtla yanaşı bölgələrdə də istifadəyə yararsız ətlərin aşkarlanması belə bir sualı aktuallaşdırır: canavarların dişlədiyi heyvan əti satışa çıxarılarsa bunun fəsadı nə olar?
Canavarların dişlədiyi heyvanlar təhlükə mənbəyi ola bilər. Baytarlara görə belə ətin satışı qadağandır. Çünkü yaralı heyvan 6 ay keçdikdən sonra da quduzlaşa bilər. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin şöbə müdiri Kliment Əsədov deyib ki, canavarlar tərəfindən dişlənən və sağ qalan heyvanların kəsilib yeyilməsi birmənalı olaraq yolverilməzdir. Xidmətdən o da bildirilib ki, yırtıcıların dişlədiyi heyvanların satışı faktına aparılan reydlər zamanı rast gəlinməyib.
Tehsil-press.az