Cəlilabad və Lerikdə kənd təsərrüfatı idarələrinin yeni inzibati binaları istifadəyə verilib

Cəlilabad və Lerikdə kənd təsərrüfatı idarələrinin yeni inzibati binaları istifadəyə verilib İyulun 21-də Cəlilabad və Lerik rayonlarında kənd təsərrüfatı idarələri üçün inşa edilmiş yeni inzibati binalar istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimlərdə Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, Cəlilabad rayonunda kənd təsərrüfatı naziri Heydər Əsədov və rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov inzibati binada yaradılan şəraitlə tanış olub, Rayon Baytarlıq İdarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.
Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son zamanlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılıb, həmçinin aqrar sahədə reallaşdırılan institutsional islahatlar haqqında məlumat verilib.
Lerikdə kənd təsərrüfatı idarəsinin inzibati binasının açılışından əvvəl nazir H.Əsədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olublar. H.Əsədov yeni inzibati binada nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən mexanizatorlara sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə maraqlanıb.
Nazir “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb. Tədbirdə Lerik, Astara, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarından olan 68 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2.320,545 manat məbləğində 133 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 865.148,40 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, eləcədə güzəşt tətbiq edildikdən sonra 32 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib.
“Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı xidmət göstərilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5990 istifadəçinin lizinqə götürdüyü 13308 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 70.618.748,70 manat məbləğində güzəşt tətbiq edilib.


Tehsil-press.az

Oxşar xəbərlər