Zərif: İranla münasibətləri genişləndirən ölkələr arasında ən əhəmiyyətli ölkələrdən biri Azərbaycandır

Zərif: İranla münasibətləri genişləndirən ölkələr arasında ən əhəmiyyətli ölkələrdən biri Azərbaycandır İranın xarici işlər naziri Məhəmməd Cəvad Zərif İranın nüvə proqramına müsbət yanaşmaya görə Azərbaycana və Rusiyaya minnətdarlığını bildirib. Bu barədə Cəvad Zərif Tehsil-press.az-a bildirib.

Onun sözlərinə görə, sanksiyalardan sonra İranın qonşu ölkələrlə münasibətləri digər ölkələrlə müqayisədə daha az zərər çəkib.
XİN başçısı bildirib ki, nüvə danışıqlarının başlanmasından sonra Rusiya və Azərbaycan da İrana qarşı müsbət münasibət nümayiş etdirmişlər.
İranla münasibətləri genişləndirən ölkələr arasında ən əhəmiyyətli yer tutan Azərbaycan və Rusiyadır, - deyə Zərif bildirib.
"Bizim bu iki ölkə ilə münasibətlərimiz həm nüvə danışıqları zamanı, həm də nüvə sazişi əldə edildikdən sonra yeni səviyyəyə çatıb", - deyə XİN başçısı bildirib.
Onun sözlərinə görə, son üç ildə Azərbaycan və İranın rəhbərləri bir çox qarşılıqlı səfərlər həyata keçiriblər, sabah isə Rusiyanın iştirakı ilə ilk üçtərəfli görüş keçiriləcək.
Zərif bildirib ki, indi "nüvə sazişi" sayəsində hər üç ölkə yüksək səviyyəli əməkdaşlıqdan istifadə edə biləcək. Belə ki, sanksiyalar qüvvədə olduğu zaman İran üçün enerji və tranzit sahələrində çoxsaylı problemlər mövcüd idi.


Tehsil-press.az

Oxşar xəbərlər