Xamenei: “Belə getsə, ABŞ-la sazişi yandıracağam”

Xamenei: “Belə getsə, ABŞ-la sazişi yandıracağam” Əgər ABŞ-ın növbəti prezidenti nüvə razılaşmasını pozsa, İran bu sənədi yandıracaq.

Associated Press xəbər verir ki, bunu İranın Ali Dini lideri Ayətullah Əli Xamenei söyləyib. Onun sözlərinə görə, Tehran Vyana razılaşmasının bütün şərtlərinə əməl edib: “Bütün bunlara rəğmən, ABŞ bank sektorunda sanksiyaları ləğv etmir, İranın xaricdəki hesabları üzərindən həbsi götürmür. ABŞ hətta müqavilənin ən vacib öhdəliklərinə də əməl etmir”. Qeyd edək ki, bundan öncə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp İranla nüvə razılaşmasının axmaqlıq olduğunu bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər