Makedoniyada sel 15 nəfərin həyatına son qoyub

Makedoniyada sel 15 nəfərin həyatına son qoyub Makedoniyanın paytaxtı Skopyedə ötən gecə saatlarında yağmış güclü leysan nəticəsində 15 nəfər həlak olub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Dünən əlverişsiz hava şəraiti nəticəsində 15 nəfər həlak olub" – deyə yerli "Nova TV" portalı nazirliyinin məlumatını yayıb.
Ölənlər əsasən Araçinova, Sinqeliç, Staykovç yaşayış məntəqələrinin sakinləridir.
Paytaxta bir neçə saat ərzində aylıq miqdardan çox yağıntı düşüb. Leysan güclü küləklə müşayiət olunub.


Tehsil-press.az

Oxşar xəbərlər