Hadisə ilə bağlı məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.
İraqın paytaxtı Bağdad bu səhər yenidən qan gölünə çevrilib. Tehsil-press.az-ın məlumatına görə, Bağdadın şimalında minalanmış avtomobilin partaldılması nəticəsində 9 nəfər həlak olub 32 nəfər yaralanıb.
Hələki terror aktı ilə bağlı məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib.
İraqda xüsusən də paytaxt Bağdadda terror hadisələri demək olar ki hər həftə baş verir. Ötən həftə baş verən terror aktı ardınca silahlı atışma nəticəsində 35 nəfər ölüb, daha 52 nəfər xəsarət alıb. Bələd şəhərində partlayıcı maddə ilə yüklənmiş avtomobil insanların sıx olduğu yerdə partlayıb. Partlayışdan sonra silahlılar sakinlərə atəş açıb.
Tehsil-press.az