
Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Barekamavan, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Tehsil-press.az