Bu maraqlı təşəbbüs artıq 5 ildir şəhərin Eyrikuyu kənd sakinləri tərəfindən davam etdirilir.
Məlumata görə, kəndin muxtarı Nihat Ateş Ramazan boyu evlərdə pərakəndə şəkildə iftar edilməsini qadağan edib.
Onun sözlərinə görə, bu qərar ilk dəfə pandemiya dövründə ehtiyacı olanlara yemək çatdırmaq üçün tətbiq olunub və zamanla kənddə bir ənənəyə çevrilib. Hər gün təxminən 700 nəfər üçün yemək birlikdə hazırlanır və süfrəyə qoyulur.
Kənd sakinləri isə birlikdə iftar etməyin həm birlik, həm də paylaşma ruhunu gücləndirdiyini deyərək bundan razılıqlarını bildiriblər.
İftar süfrəsi isə könüllü şəxslərin ianələri hesabına təşkil olunur.
Tehsil-press.az






