Referendum üzrə təşviqat qrupları üçün son müddət başa çatır

Referendum üzrə təşviqat qrupları üçün son müddət başa çatır Bu il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün sənədlərin təqdim edilməsi müddəti bu gün başa çatır.

Tehsil-press.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən Təqvim Planına əsasən, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədləri 2016-cı il avqustun 22-si saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim edilməlidir..
Bundan əlavə, seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması, referendum üzrə səsvermə bülletenlərinin haırlanması qaydasınа, mətninə, formasınа, sayınа, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddətləri də avqustun 22-də başa çatır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər