Azay Quliyev Astanada nüvə tədbirində ATƏT PA adından çıxış edəcək

Azay Quliyev Astanada nüvə tədbirində ATƏT PA adından çıxış edəcək Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev və Səməd Seyidov avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.

Tehsil-press.az Milli Məclisin mətbuat xidmətinə istinadən məlumatına görə, səfərdən məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir. A.Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcək.
Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.
Səfər çərçivəsində A.Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının Sədri Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulub. A.Quliyevin Qazaxıstan Senatının Sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcək.
Görüş çərçivəsində, həmçinin Azərbaycanla Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcək.


Tehsil-press.az

Oxşar xəbərlər