ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Türkiyəyə hərtərəfli yardım təklif edib

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Türkiyəyə hərtərəfli yardım təklif edib Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Türkiyədə keçirdiyi görüşlərdə indiki vəziyyətdə Türkiyəyə hərtərəfli yardım təklif edib.

“ATƏT Parlament Assambleyası olaraq Türkiyəyə hərtərəfli yardım təklif edilməlidir. Bunun üçün ATƏT-in müxtəlif resursları, mexanizmləri var. Bu mexanizmlər vasitəsilə Türkiyədə indiki mərhələnin daha rahat keçilməsi üçün ATƏT Parlament Assambleyası Türkiyəyə dəstək verməyə hazırdır”. Bunu Tehsil-press.az-a açıqlamasında Türkiyədə ATƏT Parlament Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində səfərdə olan Milli Məclisin deputatı, qurumun vitse-prezidenti Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, bu məqsədlə ATƏT Parlament Assambleyasının sentyabrda keçiriləcək payız sessiyasına Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu dəvət edilib: “Mövlud Çavuşoğluna təklif etdik ki, bu tribunadan istifadə edərək Türkiyənin mövqeyini ATƏT-in üzvlərinə və deputatlara çatdırsın”.
Qeyd edək ki, nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində təmsil olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılınçdaroğlu, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, Xalqların Demokratik Partiyasının (HDP) təmsilçiləri ilə görüşlər keçirib.
A. Quliyev bildirib ki, hər üç görüşdə partiyalar dövlət çevrilişinə cəhdlə bağlı ümumi mövqedən çıxış ediblər: “Partiyalar arasında həmrəylik çox mühümdür və biz bu həmrəyliyi yüksək qiymətləndirdik. Demokratiyanın və dövlətçiliyin qorunması, qanuni seçilmiş hakimiyyətin güc yolu ilə dəyişdirilməsinin qarşısının alınması naminə Türkiyədə siyasi partiyaların sərgilədiyi bu mövqe ATƏT Parlament Assambleyası tərəfindən məmnuniyyətlə qarşılandı. Bəzi fikirlər və narahatlıqlar da oldu ki, biz də həmin qeydləri apardıq”.


Tehsil-press.az

Oxşar xəbərlər