"British Airways" aviaşirkətinin ABŞ və Meksikanın bəzi aeroportlarından reysləri kompyuter sistemində sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış texniki nasazlıq səbəbindən ləngiyib. Tehsil-press.az bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Sərnişinlərə ünvanlanmış müraciətdə deyilir ki, kompyuter sistemində texniki problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür. Hazırda ləngiyən reyslərin dəqiq sayı məlum deyil.
Tehsil-press.az
Tehsil-press.az