Ötən il vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 21 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib, 41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilib.
Tehsil-press.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2015-ci il üzrə illik hsabatında qeyd edilir ki, təhsil sistemində korrupsiya və digər neqativ hallarla mübarizə cari ildə də əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalmışdır. Bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır:
“Belə ki, 2015-ci ildə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 21 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmiş, 41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasına sistemli yanaşma tətbiq edilərək müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələri diplomlarının elektron bazasının yaradılması sahəsində effektiv sistem yaradılmışdır”.
Tehsil-press.az