“Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi

“Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi 19 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi.
Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov bü gün cəmiyyətimizi maraqlandıran ən mühüm məsələlərdən biri olan sosial fobiyalar haqda seminar iştirakçılarna məlumat verdi.
Sonra ARTPİ-nin Psixologiya və yaş fiziologiyası şöbəsinin baş elmi işçisi, psixologiya elmlər doktoru, professor Ramiz Əliyev sosial fobiyaların yaranma səbəbləri, formalaşdırıcı amilləri, aradan qaldırılması yolları ilə bağlı çıxış etdi.
Təhsil Problemləri İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri Solmaz Həsənova “Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda elektron təqdimatla məruzə etdikdən sonra, iştirakçıların sualları cavablandırıldı.
Təhsil Problemləri İnstitutunun direktor müavini Faiq Şahbazlı suallar ətrafında danışarkən sosial fobiyaların yalnız təhsil sahəsi ilə deyil, ümumilikdə mental məsələlərlə, genetik xüsusiyyətlərlə, eləcə də cəmiyyətdə mövcud olan bir sıra sosial amillələrlə bağlılığı haqqında danışdı.
Seminarda sosial fobiyaların yaranma səbəbləri, simptomları və ortadan qaldırılması yolları ilə bağlı geniş müzakirə aparıldı, müvafiq təkiliflər verildi.

“Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi

“Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi

“Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi

“Sosial fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirildi

tehsil-press.az

Oxşar xəbərlər