Türk general: Türkiyə Suriya məsələsində ABŞ-a təzyiq göstərməlidir

Türk general: Türkiyə Suriya məsələsində ABŞ-a təzyiq göstərməlidir Türkiyə YPG (kürd özünümüdafiə dəstələri) və PYD (Demokratik İttifaq) dəstələrinin Fəratın qərbindəki Mənbic şəhərini tərk etmələri üçün ABŞ-a təzyiq göstərməlidir.

Bunu Tehsil-press.az-a Türkiyə ordusunun istefada olan general-leytenantı, milli təhlükəsizlik məsələləri üzrə ekspert Ermağan Kuloğlu deyib.
Onun sözlərinə görə, Türkiyə siyasi təzyiq rıçaqı qismində Afrin şəhərində PYD-yə qarşı yeni əməliyyatlara başlaya bilər.
Ekspert hesab edir ki, İŞİD-in Türkiyə sərhədində təhdidi aradan qaldırmaq üçün türk qoşunlarının Suriya ərazisinin 40 kilometr dərinliyinə irəliləməsini təmin etmək lazımdır: "İŞİD tərəfindən raket atəşinin qarşısını almaq məqsədilə Türkiyə Silahlı Qüvvələri əl-Bab şəhərini azad etməlidir".


Tehsil-press.az

Oxşar xəbərlər