Türkiyə xüsusi təyinatlıları Suriya ərazisində əməliyyatlara başladı

Türkiyə xüsusi təyinatlıları Suriya ərazisində əməliyyatlara başladı Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar. Bu barədə Tehsil-press.az "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə hərbi əməliyyatlara başlayıb. Hazırda Türkiyə Suriya ərazisində yerüstü hərbi əməliyyatlara başlayıb. Qeyd edək ki, Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.


Tehsil-press.az

Oxşar xəbərlər