Türkiyə tankları Suriyaya daxil oldu

Türkiyə tankları Suriyaya daxil oldu Türkiyə Hərbi Qüvvələri tankları Suriya ərazisinə daxil olub. Tehsil-press.az bu barədə Türkiyə Baş Qərargahının məlumatına istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar. Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə hərbi əməliyyatlara başlayıb.
Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.


Tehsil-press.az

Oxşar xəbərlər