İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb.

Təhsil Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, nazirlik ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr 2016-cı il tarixlərində pilot olaraq, Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.
“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:

1. Təhsil haqqında sənədin əsli;
2. Tibbi arayış;
3. Şəxsiyyət vəsiqəsi (surəti);
4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;
5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);


Tehsil-press.az

Oxşar xəbərlər