Azərbaycanda ilk peşə təhsili şəbəkəsinin optimallaşdırılması ilə bağlı müvafiq təkliflər artıq hökumətə təqdim edilib.
Tehsil-press.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib. Ölkədə 108 peşə təhsili müəssisəsi və peşə liseyinin olduğunu deyən C.Bayramov əlavə edib ki, yaxın aylar ərzində peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq qərarların qəbulu gözlənilir
İlk peşə təhsilinin prioritet istiqamətlərdən biri olduğunu deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi daxilində 2016-cı il şərti olaraq “Peşə təhsili ili” kimi müəyyən edilib: “Bu istiqamətdə bir sıra addımlar atılıb. Bu yaxınlarda ölkə başçısının sərəncamına uyğun olaraq, Təhsil Nazirliyi daxilində Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Hazırda həmin agentliyin yeni strukturu formalaşdırılır. Bu istiqamətdə aparılan işlərin yeni mərhələyə çatdırılması üçün də bir sıra tədbirlər görülür”.
C.Bayramov qeyd edib ki, əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələri ilə peşələr analiz edilməlidir: “Təbii ki, burada bizim əməkdaşlığımız Təhsil Nazirliyi daxilində olan bir məsələ deyil. Biz müvafiq dövlət qurumları ilə də sıx əlaqədə işləyirik”.
Tehsil-press.az