Türkiyənin yeni səfiri oktyabrın ortalarında Bakıya gələcək

Türkiyənin yeni səfiri oktyabrın ortalarında Bakıya gələcək Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri oktyabrın ortalarında Bakıya gələcək. Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

O yeni səfirin iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə bir sıra ölkələrdəki səfirlərini dəyişdirib. Yeni böyükelçilər qərarnaməsinə əsasən dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var. Hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub. E.Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.


Tehsil-press.az

Oxşar xəbərlər