Səfir: Göstərdiyi dəstək üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm (YENİLƏNİB 2)

Səfir: Göstərdiyi dəstək üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm (YENİLƏNİB 2) Azərbaycandakı hər kəsə, xüsusilə ölkə Prezidenti İlham Əliyevə göstərdikləri dəstək üçün minnətdarlığımı bildirirəm.

Tehsil-press.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, mediada dezinformasiya yaşandığını gördük və belə bir tədbirin keçirilməsini lazım bildik: "Türkiyə Silahlı Qüvvələrinin içindəki kiçik qrupun başladığı hadisəyə 80 milyon insanın necə münasibət göstərdiyinə, vətəndaşların həmrəyliyinə, siyasi partiyaların necə dəstəklədiyinə, Türkiyənin seçilmiş hökumətinin daim vəzifəsinin başında olmasına baxsanız, 15 iyulun demokratiya bayramı olduğunu görərsiniz".
Səfir sonra bildirib ki, Silahlı Qüvvələrin içərisində bir qrup şəxs arasında yaşanan dirəniş Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən gerçəkləşməyib: "Turkiyə uzun müddətdir terror qrupları ilə mübarizə aparır. Türkiyədə Fətullahçı terror təşkilatı heç bir izi qalmayana qədər təmizlənəcək. Hadisələrdə 246 şəhid verilib, 1500-dən çox yaralı var. 60 minə yaxın şəxs vəzifəsindən azad edilib".


Tehsil-press.az

Oxşar xəbərlər