Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Bişkekdə Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edildi. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulandı. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırıldı, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edildi. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Tehsil-press.az