21-25 sentyabrda Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində Dance Star Rəqs Müsabiqəsinin Dünya Turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib.
Azərbaycanın CAR-dakı səfirliyindən Tehsil-press.az-a verilən məlumata görə, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyin nəzdində olan və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Yurd” rəqs ansamblı təmsil olunub. Ansambl bir neçə Azərbaycan milli və klassik rəqslərini təqdim edib. Cənubi afrikalı solistlərin “Lalələr” mahnısının sədaları altında ifa etdiyi rəqs münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin “Min bir gecə” və “Yeddi gözəl” baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.
Qeyd edək ki, Dance Star Beynəlxalq Rəqs Müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövləti təmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz “Yurd” ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.
Tehsil-press.az