İyunun 18-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak ediblər.Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak ediblər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunub. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Çıxış edənlər ilk dəfə keçirilən bu müsabiqənin davamlı olacağına, şagirdlərin ədəbiyyata marağının daha da artacağına ümidvar olduqlarını vurğulayıblar.
Qeyd edək ki, təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən təşkil olunmuş “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdən ibarətdir. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4 037 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 93 şagird ölkə mərhələsinə çıxıb.
Qaydalara görə, bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb. Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunublar.
Tehsil-press.az