Azərbaycan təmsilçisi "Eurovision"un finalında

Azərbaycan təmsilçisi Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb.

Tehsil-press.az-ın məlumatına görə, çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Xatırladaq ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Səmra Rəhimlidən başqa yarımfinalda Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro, Çexiya və Estoniyanın nümayəndələri çıxış edirlər.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır. 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.


Tehsil-press.az

Oxşar xəbərlər