Gömrük rüsumları niyə qaldırıldı? - Açıqlama

Gömrük rüsumları niyə qaldırıldı? - Açıqlama “Bir sıra idxal məhsulları üzrə gömrük rüsumlarının artırılması daxili bazarın qorunmasına hədəflənib”.

Tehsil-press.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, gömrük rüsumu dərəcələrinin artırılması, əsasən, ölkəyə idxal edilən tərəvəz, meyvə, şirə, tikinti materialları və başqa mallara şamil edilib.
Qeyd edək ki, Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (ət və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş), yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər