Rusiya İrana 25 faizlik gömrük güzəştləri tətbiq edib

Rusiya İrana 25 faizlik gömrük güzəştləri tətbiq edib Rusiya İran mallarının ölkəyə idxalına 25 faizlik gömrük güzəştləri tətbiq edib.

Tehsil-press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı üzrə Təşkilatının nümayəndəsi Həsən Mörtəci bildirib.
“Rusiya İrandan idxal olunan mallara gömrük rüsumunu 25 faiz azaldaraq, xüsusi imtiyaz tətbiq edib”, - deyə təşkilatın saytında dərc olunmuş Mörtəcinin açıqlamasında qeyd edilir. O, həmçinin qeyd edib ki, güzəştlər İran istehsalı olan bir çox qrup mallara tətbiq edilib.
“Hazırda İran mallarının xaricə göndərilməsində ən az xərc Rusiyaya aiddir və ixrac Ənzəli-Həştərxan marşrutu ilə həyata keçirilir”, - deyə Mörtəci qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər