Gətirilən qızılın ümumi gömrük dəyəri 1500 dollardan artıq olmamalıdır

Gətirilən qızılın ümumi gömrük dəyəri 1500 dollardan artıq olmamalıdır Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən verilən təkliflər əsasında hazırlanıb.

Bu barədə Tehsil-press.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qaydalara edilmiş dəyişikliklərdən biri fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən qiymətli metallar və qiymətli daşlarla bağlıdır.
Dəyişikliyə əsasən hər bir fiziki şəxs ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı gömrük orqanına şifahi surətdə bəyan etməklə gömrük ərazisinə gətirə bilərlər.
Malların ümumi gömrük dəyəri göstərilən məbləğlərdən artıq olduqda isə qaydaların 1 nömrəli əlavəsinə 5-ci bəndinə uyğun olaraq yazılı surətdə gömrük orqanlarına bəyan olunmaqla, ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla həmin malların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Dəyişikliklər dərc edildiyi gündən (12 iyul) 30 gün sonra qüvvəyə minəcək.


Tehsil-press.az

Oxşar xəbərlər